Apardı sellər saranı (Güzgü daraq irəfdədi) Ludowa azerbejdżańska

Tekst piosenki

  • Tekst piosenki Redakcja
Güzgü daraq irəfdədi,
Hər biri bir tərəfdi,
Sara gedən bir həftədi
Apardı sellər Saranı,
Bir ala gözlü balanı.

Düyünü tökdüm qazana,
Qaynadı qaldı azana,
Əlac yox Tanrı yazana
Apardı sellər Saranı,
Bir ala gözlü balanı.

Atlı yaraq çıxıb düzə,
Bıçaq batsın yaman gözə,
Aşıq gərək dərdə dözə
Apardı sellər Saranı,
Bir ala gözlü balanı.

Arpa çayı məni aldı,
Apardı dəryaya saldı,
Çilovdarım dalda qaldı
Apardı sellər Saranı
Bir ala gözlü balanı.




Oceń to opracowanie
anonim