Küçələrə su səpmişəm Ludowa azerbejdżańska

Tekst piosenki

  • Tekst piosenki Redakcja
Küçələrə su səpmişəm,
Yar gələndə toz olmasın
Elə gəlsin, elə getsin,
Aramızda söz olmasın.
Samovara od salmışam.
İstəkənə qənd salmışam.
Yarım gedib tək qalmışam.
Nə əzizdir yarın canı,
Nə şirindir yarın canı.
Samavarı alışdırın,
Maşa gətdim qarışdırın
Küsülüyük barışdırın
Nə əzizdir yarın canı,
Nə şirindir yarın canı.
Piyalələr irəfdədir
Hər biri bir tərəfdədir
Görməmişəm bir həftədir
Nə gözəldir yarın canı,
Nə şirindir yarın canı.




Oceń to opracowanie
anonim