Yar bizə qonaq gələcək Ludowa azerbejdżańska

Tekst piosenki

  • Tekst piosenki Redakcja
Ala gözüm aldı canım
Əldən gedib tab-təvanım
Sənə qurban mənim canım

Yar bizə qonaq gələcək, balam
Bilmirəm nə vaxt gələcək, gülüm,
Söz verib, sabah gələcək.

Dara zülfün, sal hər yana,
Gözlərin bənzər ceyrana,
Baxdım qaldım yana-yana,

Yar bizə qonaq gələcək, balam
Bilmirəm nə vaxt gələcək, gülüm,
Söz verib, sabah gələcək.

Şamamalar xallı-xallı
Yar giyinib yaşıl allı
Boyu bəstə üzü xallı

Yar bizə qonaq gələcək, balam
Bilmirəm nə vaxt gələcək, gülüm,
Söz verib, sabah gələcək.

Piyalələri rəfdədir
Hər biri bir tərəfdədir
Görməmişəm bir həftədir

Yar bizə qonaq gələcək, balam
Bilmirəm nə vaxt gələcək, gülüm,
Söz verib, sabah gələcək.

Yar bizə qonaq gələcək, balam
Bilmirəm nə vaxt gələcək, gülüm,
Olsun ki, sabah gələcək.




Oceń to opracowanie
anonim